Cümə, 17 May

"Barselona" fransalı futbolçunu göndərə bilmir

image

İspaniya "Barselona"sı futbolçusu Samuel Umtiti ilə vidalaşmaq istəyir.

Xəbər verilir ki, Kataloniya təmsilçisinin rəhbərliyi ötən mövsümün sonunda fransalı müdafiəçiyə onu transferə çıxarmaq istədiklərini bildirib.

Lakin 28 yaşlı oyunçu 2023-cü ilin yayında başa çatacaq müqaviləsinin sonunadək komandada qalmağı planlaşdırır. Hələlik tərəflər bu məsələdə razılığa gələ bilmirlər.

Qeyd edək ki, Samuel Umtiti 2016-cı ildən "Barselona"da çıxış edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41